Mündəricat:
1. Sınaq müddəti
Biz xidmət üçün sınaq müddəti olan abunəlik təklif edə bilərik. Sınaq müddəti başa çatmazdan əvvəl abunəliyinizi ləğv etmədiyiniz halda seçdiyiniz abunəlik müddəti üçün ödəniş ekranında və/və ya Apple/Google ödəniş pəncərəsində göstərilən məbləğ avtomatik olaraq hesabınızdan tutulacaq. Nəzərə alın ki, sınaq müddəti təklif edilirsə bu, ödənişi tamamlamazdan əvvəl qiymət ekranında açıq şəkildə göstəriləcək. Əgər belə bir qeyd yoxdursa abunəliyimizi sınaq müddəti olmadan almış olacaqsınız. Həmçinin vaxtaşırı tam, endirimsiz qiymətlə yenilənən endirimli təkliflər və sizin üçün maraqlı ola biləcək digər təkliflər təqdim edə bilərik.
2. Abunəlik
Abunəlik siz onu ləğv edənədək hər abunəlik müddətinin sonunda (həftəlik, 4 həftəlik, 12 həftəlik, illik və ya alış zamanı seçdiyiniz digər müddətdən asılı olaraq) avtomatik olaraq yenilənir. Həmçinin, abunəliyinizlə bağlı sizə əlavə tarif planları, funksiyalar və ya təkmilləşdirmələr təklif edə bilərik.
3. Ödəniş üsulu
Alışınızı tamamlayaraq (o cümlədən bir toxunuşla təsdiqləmə, barmaq izi və ya üz tanıma vasitəsilə, internet saytında ödəniş məlumatlarınızı daxil etməklə və ya Apple, Google tərəfindən təqdim edilən ödəniş və ya pop-up pəncərəsində, yaxud internet saytımızda göstərilən bu Şərtləri başqa şəkildə qəbul etməklə) seçdiyiniz ödəniş üsulundan ilk abunəlik müddəti üçün ödəniş tutmağımıza icazə verirsiniz. Bu məbləğ sınaq və ya təqdimat qiyməti təklif edildiyi halda həmin qiymət, əks halda isə tam qiymət olacaq. Həmçinin, abunəliyi ləğv edənədək hər növbəti müddətin əvvəlində həmin vaxt qüvvədə olan qiymət üzrə təkrarlanan abunəlik ödənişlərinin avtomatik tutulmasına icazə verirsiniz. İlk abunəlik müddəti üçün qiymət və yenilənmə zamanı tətbiq olunacaq qiymət alışı tamamlamazdan əvvəl sizə göstərilir.
4. Abunəliyin ləğvi
Sizin abunəliyiniz siz onu ləğv edənədək hər abunəlik müddətinin sonunda avtomatik olaraq yenilənir. Nəzərə alın ki, tətbiqi silməyiniz abunəliyin ləğvi anlamına gəlmir.
Abunəliyinizi ləğv etdikdə avtomatik yenilənmə deaktiv edilir, lakin cari abunəlik müddətiniz başa çatanadək abunəliyin bütün funksiyalarından istifadə etmək imkanınız davam edir.
Birdən çox tarif planına abunəliyiniz varsa onların hər biri ayrıca abunəlik hesab olunur və bir planın ləğv edilməsi digər planların ləğvinə səbəb olmur. Siz hər bir abunəliyi ayrıca ləğv etməlisiniz.
Abunəliyi internet saytlarımız vasitəsilə satın almısınızsa və ya sınaq müddətini aktivləşdirmisinizsə:
Ödəniş tutulmasının qarşısını almaq üçün abunəliyinizi cari müddət başa çatmazdan əvvəl ləğv edin. Aşağıda internet abunəliyinin ləğvini başlatmaq üçün bir neçə üsul (vaxtaşırı dəyişə bilər) təqdim olunur:
- Əgər siz iOS cihazdan istifadə edirsinizsə:
BetterMe tətbiqini açın, “Daha çox” bölməsini seçin → “Profilim” bölməsinə gedin → “Abunəliyi idarə et” seçimini edin (veb-saytımıza yönləndiriləcəksiniz).
Buradan siz abunəlik parametrlərinə yönləndiriləcək və abunəliyi deaktiv edə biləcəksiniz.
- Əgər siz Android cihazdan istifadə edirsinizsə:
BetterMe tətbiqini açın, “Daha çox” bölməsini seçin → “Profilim” bölməsinə gedin → “Abunəliyi idarə et” seçimini edin (veb-saytımıza yönləndiriləcəksiniz).
Buradan siz abunəlik parametrlərinə yönləndiriləcək və abunəliyi deaktiv edə biləcəksiniz.
- Tətbiqiniz yoxdur? BetterMe veb-saytına daxil olun və “Abunəliyi idarə et” seçimini edin.
Buradan siz abunəlik parametrlərinə yönləndiriləcək və abunəliyi deaktiv edə biləcəksiniz.
Bu Şərtlərdə nümunə kimi göstərilən qiymətlər yalnız məlumat məqsədi daşıyır və aldığınız tarif planının faktiki qiymətini əks etdirməyə bilər. Alışınıza tətbiq ediləcək yekun qiymət əməliyyat zamanı seçdiyiniz konkret tarif planı, funksiyalar və tətbiq olunan hər hansı endirim və ya kampaniyalar əsasında müəyyən ediləcək.
Abunəliyi App Store vasitəsilə almısınızsa və ya sınaq müddətini aktivləşdirmisinizsə:
Sınaq müddətini və ya abunəliyi Apple ID hesabınızın parametrlərində avtomatik yeniləməni deaktiv etməklə ləğv edə bilərsiniz. Ödəniş tutulmasının qarşısını almaq üçün abunəliyi pulsuz sınaq müddətinin və ya cari abunəlik müddətinin başa çatmasına ən azı 24 saat qalmış Apple ID hesabınızın parametrlərindən ləğv etməlisiniz. Abunəliklərinizi yalnız siz idarə edə bilərsiniz. Abunəliklərin idarə edilməsi (və onların necə ləğv edilməsi) haqqında ətraflı məlumatı Apple dəstək səhifəsində əldə edə bilərsiniz.
Abunəliyi Google Play vasitəsilə almısınızsa və ya sınaq müddətini aktivləşdirmisinizsə:
Sınaq müddətini və ya abunəliyi Google Play hesabınızın parametrlərində avtomatik yenilənməni deaktiv etməklə ləğv edə bilərsiniz. Ödəniş tutulmasının qarşısını almaq üçün abunəliyi sınaq müddətinin və ya cari abunəlik müddətinin başa çatmasına ən azı 24 saat qalmış hesabınızın parametrlərindən ləğv etməlisiniz. Abunəliklərinizi yalnız siz idarə edə bilərsiniz. Abunəliklərin idarə edilməsi (və onların necə ləğv edilməsi) haqqında ətraflı məlumatı Google dəstək səhifəsində əldə edə bilərsiniz.
Abunəliyi Huawei AppGallery vasitəsilə almısınızsa və ya sınaq müddətini aktivləşdirmisinizsə:
Sınaq müddətini və ya abunəliyi Huawei hesabınızın parametrlərində avtomatik yenilənməni deaktiv etməklə ləğv edə bilərsiniz. Ödəniş tutulmasının qarşısını almaq üçün abunəliyi sınaq müddətinin və ya cari abunəlik müddətinin başa çatmasına ən azı 24 saat qalmış hesabınızın parametrlərindən ləğv etməlisiniz. Abunəliklərinizi yalnız siz idarə edə bilərsiniz. Abunəliklərin idarə edilməsi (və onların necə ləğv edilməsi) haqqında ətraflı məlumatı Huawei dəstək səhifəsində əldə edə bilərsiniz.
5. Geri ödənişlər
Abunəliyi internet saytlarımız vasitəsilə almısınızsa və ya sınaq müddətini aktivləşdirmisinizsə:
Geri ödənişləri öz mülahizəmizə əsasən qanunvericiliyə və vaxtaşırı dərc edə biləcəyimiz siyasətlərimizə uyğun olaraq həyata keçiririk. Geri ödəniş tələbinizi əsaslı hesab etdiyimiz təqdirdə, geri ödəniş həyata keçiriləcək.
Nəzərə alın ki, artıq başlamış və ya başa çatmış müddət üzrə abunəlik haqqı həmin müddət ərzində xidmət sizə təqdim edildiyi həddə bir qayda olaraq geri qaytarılmır. Bununla belə, Geri ödəniş zəmanəti siyasətimizdə başqa hal nəzərdə tutulduqda və ya tətbiq olunan qanunvericilik bunu tələb etdikdə istisna təşkil edir.
Abunəliyi App Store vasitəsilə almısınızsa və ya sınaq müddətini aktivləşdirmisinizsə:
Əgər geri ödəniş almaq hüququnuz varsa geri ödənişi birbaşa Apple vasitəsilə tələb etməlisiniz. Geri ödəniş üçün Apple dəstək səhifəsində göstərilən təlimatlara əməl edin.
Abunəliyi Google Play vasitəsilə almısınızsa və ya sınaq müddətini aktivləşdirmisinizsə:
Əgər geri ödəniş almaq hüququnuz varsa geri ödənişi birbaşa Google vasitəsilə tələb etməlisiniz. Geri ödəniş üçün Google dəstək səhifəsində göstərilən təlimatlara əməl edin.
Abunəliyi Huawei AppGallery vasitəsilə almısınızsa və ya sınaq müddətini aktivləşdirmisinizsə:
Əgər geri ödəniş almaq hüququnuz varsa geri ödənişi birbaşa Huawei vasitəsilə tələb etməlisiniz. Geri ödənişin necə tələb olunacağı ilə bağlı təlimatı əldə etmək üçün Huawei müştəri dəstəyi ilə əlaqə saxlayın.
6. Dəyişikliklər
Müvafiq qanunvericiliyin icazə verdiyi maksimum həddə biz abunə haqqını vaxtaşırı dəyişə bilərik. Tətbiq olunan qanunvericiliyin tələblərinə uyğun olaraq bu cür qiymət dəyişiklikləri barədə sizə əvvəlcədən kifayət qədər məlumat veriləcək. Bu, tətbiqdə və ya tətbiq vasitəsilə yeni qiymətlərin dərc edilməsi, e-poçt bildirişinin göndərilməsi və ya digər aydın üsullarla həyata keçirilə bilər. Əgər yeni abunə haqqını ödəmək istəmirsinizsə qiymət dəyişikliyi qüvvəyə minməzdən əvvəl müvafiq abunəni ləğv edə bilərsiniz.
Abunə şərtləri ilə bağlı hər hansı sualınız yaranarsa çat funksiyası vasitəsilə və ya birbaşa support@betterme.world e-poçt ünvanına müraciət edə bilərsiniz.
İngilis dilindəki versiyadan edilən hər hansı tərcümə yalnız sizin rahatlığınız üçün təqdim olunur. https://betterme.world/subscription-terms ünvanında yerləşdirilmiş bu Abunə Şərtlərinin ingilis dilindəki versiyası ilə hər hansı tərcümə arasında məna, mətn və ya şərh baxımından fərq yaranarsa, ingilis dilindəki versiya üstün tutulacaq.
Sizdən bu məlumatın skrinşotunu saxlamağınızı xahiş edirik. O, sizə abunəliklərinizi nəzarətdə saxlamağa kömək edəcək.
Son yenilənmə: 29 iyul 2026-cı il